Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni doğulmuş körpələrə doğum şəhadətnamələri və hədiyyələr təqdim edilib

04 iyun 2018 | 16:00

Şəmkirdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə yeni doğulmuş körpələrə doğum şəhadətnamələri və hədiyyələr təqdim edilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Rayon Mərkəzi xəstəxanasının baş həkimi Ayaz İbrahimov və Şəmkir rayon Vətəndaşların Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsinin müdiri Ruziyyə Allahverdiyeva iştirak edib.

Aynur Abdullayeva ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi istiqamətində olduqca böyük işlər görüldüyünü qeyd edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uşaq hüquqlarının müdafiəsi ilə bağlı təşəbbüsün bu gün də layiqli şəkildə davam etdirilir. Ölkə başçısı Cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlara göstərilən diqqət və qayğı özünü ən aydın şəkildə göstərir.

Daha sonra Şəmkirdə dünyaya yenicə göz açan uşaqların valideynlərinə doğum haqqında şəhadətnamələr və hədiyyələr təqdim edilib.
Valideynlər də öz növbələrində onlara göstərilən diqqətə görə başda Ölkə Prezidenti Cənab İlham Əliyev olmaqla bu işdə əməyi keçən hər kəsə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər