Şriftin ölçüsü :

Saytın rəngi :

Onlar "Fəxri Fərman"la təltif olundular

02 iyun 2018 | 16:00


Xəbər verdiyimiz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş möhtəşəm elmi-praktiki konfrans keçirilib.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Şəmkir rayonun sosial-iqtisadi, mədəni inkişafında və ictimai həyatında səmərəli fəaliyyətinə görə fərqlənən “Azərbaycan Bayrağı” ordenli, ikinci qrup Qarabağ əlili, 1993/94-cü illərdə Şəmkir batalyonunu komandiri olmuş Nəbiyev Xəqani Ağamalı oğlu və keçmiş mədəniyyət işçisi Camalov Fəzail Əhəd oğluna Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının “Fəxri Fərman”ı verilib.

“Fəxri Fərmanı” rayon İcra Hakmiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş möhtəşəm elmi-praktiki konfransda özü təqdim edib.

Şəmkir Rayon İcra Hakimiyyəti və bütün şəmkirlilər adından Xəqani Nəbiyevi və Fəzail Camalovu təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Keçidlər