Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Azərbaycan Xalq Cümhuriyyəti”nin 100 illiyinə həsr olunmuş Elmi-praktiki konfrans keçirilib

02 iyun 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş möhtəşəm elmi-praktiki konfrans keçirilib.

Konfransda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov, millət vəkili Sona Əliyeva, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Orhan İşık, Yeni Azərbaycan Partiyası Mərkəzi aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP Şəmkir, Göygöl, Samux, Gədəbəy təşkilatlarının sədrləri, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin Şəmkir rayonunda səfərdə olan üzvləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, Tarix inistutunun alimləri, KİV-lərin, geniş ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konfransdan əvvəl Şəmkir Heydər Əliyev Mərkəzinin foyesində AMEA-nın tarix institutunun araşdırmaları olan kitablardan ibarət sərginin açılışı olub. Tədbir iştirakçıları sərgidə tariximizi əks etdirən fotolar və kitablarla tanış olublar. Qeyd edək ki, AMEA-nın tarix institutu həmin kitabları Şəmkir Rayon İcra Hakimiyyətinə hədiyyə edib.

Konfranı giriş nitqi ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bütün qonaqları salamlayıb və bildirib ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında da qeyd etdiyi kimi, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

İcra başçısı bayram münasibətilə bütün Azərbaycan xalqını və konfrans iştirakçılarını təbrik edib.

Konfransda Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov geniş məruzə ilə çıxış edib.

Akademik Yaqub Mahmudov çıxışında 100 il əvvəl, 28 may 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu və “İstiqlal Bəyannaməsi”nin qəbul edildiyi, Bəyannamədə Azərbaycanın tamhüquqlu və müstəqil dövlət olmasının, ali hakimiyyətin Azərbaycan xalqına məxsusluğunun, bütün vətəndaşlara heç bir ayrı-seçkilik olmadan vətəndaşlıq və siyasi hüquqların verildiyinin, beynəlxalq birliyin üzvləri ilə, həmsərhəd dövlətlərlə dostluq əlaqəsinin təsbit olunduğunu bildirib.

O, Azərbaycan Xalq Cümhuriyyəti barədə ətraflı məlumat verərək diqqətə çatdırıb ki, müsəlman Şərqində və türk dünyasında ilk Parlamentli Respublika olmaqla, insan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, dövlətin vacib strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasəti xarakterizə edir.

AMEA-nın tarix institutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudov hər bir xalqın öz tarixini bilməsinin vacibliyindən danışıb. Tarixdə elə xalqlar olub ki, daim mübarizə dövlətlərini qurmaq üçün mübarizə aparıblar.

Azərbaycan xalqı da bu xalqlar arasındadır. Bizim dövlətçilik tariximizdə çox dəyərli tarixi şəxsiyyətlər də olub. Akademik “Azərbaycan Xalq Cümhuriyyəti”nin xalqımızın tarixindəki rolundan danışıb. İştirakçılar hər bir tarixi hadisəni faklarla izah edən akademiki diqqətlə dinləyiblər və ona təşəkkür ediblər.

 

Keçidlər