17 iyun səhiyyə işçilərinin peşə bayramı münasibətilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilmişdir.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının müavini Sona Əliyeva , Yeni Azərbaycan Partiyasının sədri Fəxrəddin Vəliyev, Mərkəzi xəstəxananın baş həkimi Nurəddin Əhmədov və tibb işçiləri iştirak edirdilər. Tədbirdə iştirak edən Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının müavini Sona Əliyeva və Yeni Azərbaycan Partiyasının sədri Fəxrəddin Vəliyev öz çıxışlarında Azərbaycanda tibbin inkişafından, dövlətin səhiiyə sahəsinə olan diqqət və qayğısından, bu sahədə həyata keçirilən dövlət proqramlarından geniş söz açdılar və peşə bayramı münasibətilə tibb işçilərini təbrik etdilər. Mərkəzi xəstəxananın baş həkimi Nurəddin Əhmədov, Uşaq xəstəxanasının müdiri Tofiq İsgəndərov , Şəhər Konsultativ Poliklinikasının müdiri Arif Sadıqov, Baş həkimin müavini Ayaz İbrahimov peşə bayramı münasibətilə həmkarlarını təbrik etdilər. Sonda bir qrup tibb işçilərinə Şəmkir Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.