“1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü Şəmkir 2018”
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Şəmkir Şəhər Parkında möhtəşəm bayram tədbiri keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
“1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü Şəmkir 2018” bayaram tədbirində Türkiyə Cümhuriyyətindən olan qonaqlar da iştirak ediblər.
Təntənəli bayram tədbirində məktəblilərinin ifasında rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi kompozisiyalar izləyicilərin böyük marağına səbəb olub.
Bayram iştirakçıları üçün tədbirin ən həyəcanlı yeri isə Şəmkir rayonunda 2018-ci ildə fəallığı ilə seçilən 20 məktəbliyə “İlin Gənc Lideri-2018” mükafatlarının təqdim edilməsi mərasimi olub.
Açıq havada davam edən bayram tədbirində müxtəlif idman, dekorativ, rəsm və geyim yarışları keçirilib. Qaliblər Şəmkir Rayon Gənclər İdman İdarəsi və “Böyük Yol” Gənclər İctimai Birliyi tərəfindən mükafatlandırılıb.
Sonda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov çıxış edərək, uşaqları "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik edib, onlara can sağlığı, firəvan həyat, bol naliyyətlər və yaradıcılıq uğurları arzulayıb.