Şriftin ölçüsü :

Saytın rəngi :

Çinarlı qəsəbəsində iftar süfrəsi təşkil olunub

31 may 2018 | 16:00

 

əmkir Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan bayramı münasibətilə mayın 31-də rayonun Çinarlı qəsəbəsindəki Hacı Xədicə məscidində sakinlər üçün iftar süfrəsi təşkil edilib.

Tədbir iştirakçılarını mübarək Ramazan ayı münasibəti ilə təbrik edən Şəmkir İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirmişdir ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır.

Buna görə də ölkəmizdə, eləcə də Şəmkir rayonunda bu ayda iftar süfrələri təşkil olunmuşdur ki, bu da Azərbaycanda tolerantlığı nümayiş etdirir.

Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsi təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasət nəticəsində mümkün olmuşdur. Hazırda isə bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

Alimpaşa Məmmədov belə tədbirlərin təşkil edilməsini cəmiyyətimizin vahidliyinin, ölkəmizdə dövlətlə din arasındakı sıx birliyin bariz nümunəsi kimi qiymətləndirib.

Keçidlər