İcra başçısının tanınmiş jurnalistlə səmimi görüşü
İcra başçısının tanınmiş jurnalistlə səmimi görüşü
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ölkəmizin tanınmış mətbuat orqanlarından olan “Xalq qəzeti”nin müxbiri, Respublikanın Əməkdar jurnalisti, “Qızıl Qələm” mükafatı laureatı Hamlet Qasımovla görüş keçirib.
Səmimi söhbət əsnasında keçən görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkirin tarixi, mədəniyyəti, adət-ənənələri, turizm imkanları, tanınmış şəxsiyyətləri barədə materialların hazırlanmasına daha çox diqqət yetirilməsi və rayondakı tədbirləri hər zaman gündəmdə saxladıqları üçün “Xalq qəzeti”nin rəhbərliyi başda olmaqla Hamlet Qasımova dərin təşəkkürünü bildirib.
Görüş zamanı icra başçısı ölkəmizdə azad medianın inkişafı istiqamətində aparılan tədbirlərdən və mətbuata dövlət səviyyəsində göstərilən qayğı və diqqətdən danışıb. Qeyd edib ki, bu gün Azərbaycanda mövcud olan iqtisadi inkişaf və əmin-amanlığa görə prezident İlham Əliyevə minnətdar olmalıyıq.
Alimpaşa Məmmədov eyni zamanda Şəmkirdə mövcud mətbuat ənənələrindən söz açıb, medianını durumuna toxunub.
Tanınmış jurnalist Hamlet Qasımov isə öz növbəsində səmimi qəbula və xoş sözlərə görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova minnətdarlığını bildirib.
Hamlet Qasımov qeyd edib ki, hazırda kütləvi informasiya vasitələri nümaynədələrinin qarşısında duran ən mühüm vəzifələr birmənalı olaraq Azərbaycanın bu günkü nailiyyətlərini təbliğ etmək, ölkə iqtisadiyyatı, siyasəti və digər sahələr üzrə analitik materialları oxuculara çatdırmaq olmalıdır.
Görüşün sonunda gələcəkdə həyata keçirilməsi zəruri tədbirlərdən söz açılıb, fikir mübadiləsi aparılıb.