Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun Milli Qurtuluş günü münasibətilə Şəmkir Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.

15 iyun 2014 | 15:00

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək, abidə  kompleksi önünə gül-çiçək dəstələri qoydular. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Nazim Veysov,  rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və  əmək kollektivləri iştirak edirdi.  Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyəti Başçısının müavini Sona Əliyeva toplantı iştirakçılarını Milli Qurtuluş günü münasibətilə təbrik edərək, Milli Qurtuluş gününün tarixindən, Ulu  Öndər Heydər Əliyevin xalq və vətən qarşısında misüilsiz xidmətlərindən, onun Azərbaycan Respublikasını dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən, mənəvi-psixoloji sarsıntıdan qurtarmasından danışdı. Çıxışda Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi bildirilmiş, ölkədə gedən iqtisadi inkişaf və abadlıq-quruculuq işləri, eyni zamanda Şəmkir rayonunda strateji əhəmiyyətli obyektlərin tikintisi və Cənab Prezidentin Şəmkirlilərin sevincinə səbəb olan çox önəmli  Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam  imzalaması bir daha rayon ictimaiyyətinin dizqqətinə çatdırılmışdır. Tədbir Ulu Öndər Heydər Əliyevin həyatından və Azərbaycan Respublikasına rəhbərliyi dövründən bəhs edən filmlə yekunlaşdı.

Keçidlər