Şəmkirdə sosial obyektlərin inşası sürətləndirilib - VİDEO
Prezident İlham Əliyevin sərəncamları və tapşırıqları əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. Yeni tikilən binalar bölgələrin simasını daha da gözəlləşdirir. İndi bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada Şəmkir rayonunda görülən işlər də diqqəti cəlb edir.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamına əsasən Şəmkir şəhərində qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait də ayırdı.
Bu gün Şəmkir rayonunda aparılan tikintilərlə bağlı hazırlanmış reportaja aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz.
https://www.youtube.com/watch?v=BDS70itvBvM&feature=youtu.be