Kənd ağsaqqalları icra başçısını samovar çayına qonaq dəvət etdi - Dağ Daşbulaqda səyyar qəbul-görüş
Kənd ağsaqqalları icra başçısını samovar çayına qonaq dəvət etdi - Dağ Daşbulaqda səyyar qəbul-görüş
Şəmkirin Dağ Daşbulaq kəndində Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun səyyar qəbul-görüşü keçirilib.
Qəbulda əvvəlcə Dağ Daşbulaq kənd İƏD üzrə nümayəndə Rasim Vəliyev kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Görüş zamanı çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini, ölkəmizin eyni zamanda dünya miqyasında böyük uğurlar qazandığını bildirib.
Alimpaşa Məmmədov eyni zamnda Şəmkirdə görülən abadlıq-quruculuq işlərindən, rayon mərkəzində və kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən, ölkə başçısı Cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Dağ Daşbulaq kənd ağsaqqalı Qarayev Ziyad Hümbət oğlu çıxış edərək kənd sakinləri adından 11 aprel Prezident seçkilərində qazanılan qələbə münasibəti ilə cənab İlham Əliyevi, eləcə də bütün xalqı təbrik edərək, ürək sözlərini bildirib. Qeyd olunub ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Sizin kəndimizə ötən il gəlişiniz zamanı yollarımız da abadlaşdı. Amma Dağ Daşbulaq ucqar dağ kəndi olduğu üçün yağıntılardan sonra yollarımız bir az yararsız hala düşüb. Bir xahişimiz var ki, yollarımızın yenidən düzəldilməsinə köməklik edilsin.
Daha sonra problemlərdən danışan digər sakinlər Dağ Daşbulaq kəndinə elektirik dirəklərinin yenilənməsinə köməklik göstərilməsini xahiş etdilər.
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Səyyar qəbul-görüş başa çatdıqdan sonra Dağ Daşbulaq kənd ağsaqqalları Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova təşəkkür edib və icra başçısını samovar çayına qonaq dəvət ediblər. Ağsaqqallarla səmimi söhbət edən Alimpaşa Məmmədov onlara dərin təşəkkürünü bildirib.