Şəmkir Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar “15 İyun – Gələcəyimizin zəmini” mövzusunda Dəyirmi Masa keçirib.
Şəmkir Rayon Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş Günü ilə əlaqadər “15 Iyun – Gələcəyimizin zəmini” mövzusunda Dəyirmi masa keçirilib. Dəyirmi masada Şəmkir İcra Hakimiyyəti başçısının müavini Sona Əliyeva, rayon Təhsil İdarəsinin müdiri Məcid Şıxlinski, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəmkir Rayon Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Əlizadə 1990 –cı illərin əvvəllərində Azərbaycanda yaranmış siyasi vəziyyətdən, ulu öndər Heydər Əliyevin qayıdışını yaradan tarixi zərurətdən, habelə Azərbaycanın bu günki sürətli inkişafından danışmışdır.
Dəyirmi Masada məruzə ilə “Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin qərb bölgəsi üzrə sədri, ADAU-nun dosenti Almaz Aşurov məruzə edərək 1990-cı ilin 20 yanvar hadisələri zamanı Ümummilli liderin göstərdiyi vətəndaş mövqeyi, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə yaranmış daxili vəziyyət, baş alıb gedən xaos, hərc-mərclik və hakimiyyət böhranı haqqında danışmışdır. Almaz Aşurov 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandığını və Vətənin belə ağır günündə xalqın Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdiyini qeyd edib. Vurğulandı ki,Ulu öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi və çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Almaz Aşurov 15 İyunun Milli Qurtuluş Günü kimi qeyd edilməsi tarixindən danışaraq, 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyini, beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil olduğunu söylədi. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Dəyirmi Masada çıxış edən qonaqlar da Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi həyatında, digər sahələrdə dönüş yaradıldığnı , gələcəyimizin zəminin möhkəm bir zəmin üzərində qurulmağa başladığını qeyd etmişlər.
Həmçinin Dəyirmi Masada Şəmkir Heydər Əliyev Mərkəzində mart ayından başlayaraq davam edən “Azərbaycançılıq və Liderlik” məktəbinin dinləyicilərinə sertifikat paylanmışdır.