"Bu əməkdaşlıq gənclərimizin inkişafını daha da irəliyə aparacaq"
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Skautlar Assosiasiyasının rəhbər heyətini qəbul edib.
Görüş zamanı icra başçısı qonaqları salamlayaraq, onları Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.
Qonaqlar da öz növəsində Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova səmimi qəbula görə təşəkkürlərini bildiriblər.
Daha sonra "Böyük Yol" Gənclər İctimai Birliyi ilə Azərbaycan Skautlar Assosiasiyası arasında əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Görüşdə Şəmkir rayonunda Azərbaycan Respublikasının Dövlət Gənclər Proqramının icra edilməsi sahəsində birgə layihələrin hazırlanması və həyata keçiriliməsi,gənclərin problemli məslələrinin həllində əlaqəli hökümət və qeyri-hökümət təşkilatların qarşılıqlı əməkdaşlığa cəlb olunması müzakirə olunub.
Sonda "Böyük Yol" Gənclər İctimai Birliyi ilə Azərbaycan Skautlar Assosiasiyası arasında bağlanılacaq partnyorluq və əməkdaşlıq haqqında memorandumu imzalanıb və xatirə şəkli çəkilib.