Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə işgüzar forum keçirilib

11 may 2018 | 16:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu mayın 11-də Şəmkir rayonunda keçirib.

İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.

Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl sektorun inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 364,5 milyon manat olan 269 investisiya layihəsi maliyyələşdirilib. Bu layihələrin reallaşdırılması 5600-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Forumda Şəmkir rayonundan olan 100-ə yaxın sahibkar iştirak edib. Görüşdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hazırlanmış biznes layihələri sahibkarlara təqdim edilib, metodiki göstərişlər verilib.

Sonda isə sahibkarlarla fikir mübadiləsi aparılıb.

 

Keçidlər