İcra başçısı Azərbaycan əsgərinə məktub yazdı
09 may 2018 | 16:00
Vətən Uğrunda” Səyyar Təşviqat Dəstəsi cəbhənin ön xəttində xidmət edən hərbi qulluqcuların göstərdiyi möhkəm iradəyə görə, onlarda ruh yüksəkliyini daha da artırmaq, ictimaiyyətin ordu ilə birliyini və əlaqələrini möhkəmləndirilməsinə töhfə vermək məqsədi üçün “Əsgərə məktub” layihəsini Azərbaycanın müxtəlif regionlarında davam etdirir.
Layihə çərçivəsində bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan əsgərinə ürək sözlərini məktub yazaraq çatdırıb.