Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhərinin internet üzərindən 3D virtual gəzintisi yaradılmış və təqdimatı keçirilmişdir.

05 iyun 2014 | 15:00

Şəmkir şəhərinin internet üzərindən 3D virtual gəzintisi yaradıldılmasına həsr olunmuş tədbiri giriş söz ilə açan Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəliyev Fəxrəddin   günü - gündən inkişaf edən Azərbaycanın  internet sahəsində də maraqlı layihələri həyata keçirdiyini,  bunun məntiqi nəticəsi olaraq bu gün   Şəmkir şəhərinin internet üzərindən 3D virtual gəzintisinin yaradıldılmasının əhəmiyyətini təqdimat iştirakçılarının diqqətinə çatdırmışdır.
   Sonra "Virtual Azerbaijan" şirkətinin rəhbəri Xosrov Həsənbəyov bildirib ki, Şəmkir şəhərinin 3D virtual gəzintisini  "Virtual Azərbaycan" şirkəti həyata keçirmişdir.   Şəmkirin virtual görüntüsü  Azərbaycana gələn turistlər üçün də daha maraqlı və cəlbedici olacaq. Ona görə ki, çəkilən virtual turlar yüksək HD keyfiyyəti ilə çəkilib. Hər kəs asanlıqla Şəmkir Rayon İcra Hakimiyyətinin saytına daxil olub rayonun  3D virtual gəzintisi  ilə tanış ola bilər.
Çəklişlər 15 gün ərzində şəhərin müxtəlif park, muzey və digər məkanlarında aparılmışdır. Ümumilikdə isə virtual gəzintini həyata keçirmək üçün 14 məkan, 270 çəkiliş nöqtəsi və 2400 foto şəkildən istifadə edilmişdir.
Qeyd edək ki, Azərbaycan internet məkanında bu günə kimi regionların virtual gəzintisindən ibarət bir resurs yoxdur.
  "Virtual Azərbaycan" şirkəti bu günə qədər, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət  Tarix və Memarlıq Qoruğu, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında Dənizkənarı Bulvar, Azərbaycan Respublikası Bakı Metropoliteni və Bakıda yerləşən digər dövlət əhəmiyyətli  məkanların virtual gəzintisini həyata keçirmişdir.

Keçidlər