Şriftin ölçüsü :

Saytın rəngi :

Memarlıq və tikinti şöbəsinə yeni müdir təyin edildi

04 may 2018 | 16:00

Şəmkir günü-gündən gözəlləşir, rayonumuza hər gün yeni nəfəs, yeni can gəlir. Bu gün Şəmkir Azərbaycanın ən gözəl rayonlarından birinə çevirilməyi bacarıb.

Şəmkirdə yaradılan bu gözəlliklərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin regionlara göstərdiyi diqqət və qayğının xüsusi rolu var. Eyni zamanda rayonda da Cənab Prezidentin tapşırıqlarını uğurla icra edilir, rayonumuz hər gün daha da müasirləşir.

Bu işlərdə Şəmkir Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin də rolu böyükdür. Bu gün isə özünün gözəlliyindən söz etdirməyi bacaran rayonumuzda yeni tikililərə, şəhərimizin möhtəşəm görünüşünə yeni bir nəfəs qatıldı.

Şəmkir Rayon İcra Hakimiyətinin Memarlıq və tikinti şöbəsinə yeni müdir təyin edildi.

Belə ki, rayonumuzda bu sahəyə artıq Quliyev İlqar Nəsrəddin oğlu rəhbərlik edəcək.

İlqar Quliyev 27 aprel 1969-cu ildə Şəmkir şəhərində anadan olub. Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsini bitirib. Ailəlidir, 3 övladı var.

Quliyev İlqar Nəsrəddin oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun 4 may 2018-ci il tarixli əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından İlqar Quliyevi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər