Şriftin ölçüsü :

Saytın rəngi :

"Biz Prezidentimizi çox sevirik" - Hacıalılar kənd sakinləri

02 may 2018 | 16:00

Şəmkir rayonunda əhalinin problemlərinin yerində həlli məqsədi ilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir.

Növbəti səyyar qəbul-görüş rayonun Hacıalılar kəndində baş tutub.

Əvvləcə Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov kənd sakinlərini salamlayaraq, artıq ənənə halını almış növbəti yerlərdəki səyyar görüş-qəbuldan danışıb: “Bugünki görüşün keçirilməsində məqsədimiz Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir.”

Görüş zamanı icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini, ölkəmizin eyni zamanda dünya miqyasında böyük uğurlar qazandığını bildirib: “Dünyanın hər yerində çox ciddi iqtisadi böhran yaşandığı bir vaxtda Azərbaycan möhkəm dayanıb. Çünki bu məsələlər Cənab Prezidentimizin ciddi nəzarəti altındadır və bu sahədə sağlam addımlar atılır.”

Alimpaşa Məmmədov eyni zamnda Şəmkirdə görülən abadlıq-quruculuq işlərindən, rayon mərkəzində və kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən, ölkə başçısı Cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bundan sonra da davam edəcəkdir.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlar bildiriblər ki, Cənab İlham Əliyevin apardığı siyasəti bəyənir, onu hamılıqla dəstəkləyirlər. Sakinlər Cənab Prezident İlham Əliyevi çox sevdiklərini də xüsusi vurğulayıblar.

Problemlərdən də danışan sakinlər Hacıalılar kəndinə yeni su xəttinin çəkilməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi

 

Keçidlər