Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunun 2019-cu il üzrə büdcə layihəsi müzakirə edilib

01 may 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun sədrliyi ilə Şəmkir rayonunun 2019-cu il üzrə büdcə layihəsi və sonrakı üç il üçün icmal büdcəsi müzakirə edilib.

İclasda rayon İcra Hakimiyyətinin əməkdaşları və büdcədən maliyyələşən təşkilatların rəhbərləri iştirak ediblər.

İclasda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, Şəmkir rayonunun büdcəsi hər il Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan nailiyyətlər zəminində tərtib edilib.

İcra başçısı qeyd edib ki, 2018-ci ildə olduğu kimi 2019-cu ildə də Şəmkir rayonunun büdcəsində sosial yönümlülük əsas götürüləcək: “Hər il olduğu kimi 2019-cu ildə də əsas məqsəd rayon büdcəsinin doğru-dürüst xərclənməsinə ictimai nəzarəti gücləndirmək, şəffaflığı təmin etməkdir”.

İclasda Alimpaşa Məmmədov rayon büdcəsinin sosial yönümlü işlərə daha çox sərf ediləcəyini xüsusi vurğulayıb: “2019-cu ildə əsas məqsədimiz vəsaitin ən zəruri məqsədlər üçün istifadə olunmasını təmin etməkdir”.

Keçidlər