Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda kənd təsərrüfatının inkişafı qarşıda duran başlıca vəzifələrdəndir

01 may 2018 | 16:00

Şəmkir rayonunda kənd təsərrüfatının inkişafı qarşıda duran başlıca vəzifələrdəndir

Ölkənin iqtisadi və sosial həyatında olduğu kimi Şəmkir rayonunun da iqtisadi həyatında son illər müşahidə olunan surətli inkişaf 2018-ci ildə davam etmiş, istehsal və xidmət sahələrində qazanılmış uğurlar yüksək artım sürətini təmin etmişdir. Əldə olunmuş uğurları əyani nümayiş etdirən maktoiqtisadi göstəricilər rayonumuzun inkişaf surətinə görə öncüllər sırasında olduğunu göstərir. Son illərdə bir sıra ölkə əhəmiyyətli tədbirlərin Şəmkirdə həyata keçirilməsi rayonun sosial-iqtisadi həyatının daha da canlanmasına səbəb olmuş, davamlı inkişaf üçün əsaslı zəmin yaratmışdır.

Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti kimi istehsal sahələrində, eləcə də nəqliyyat, rabitə və ticarət kimi xidmət sahələrində sonillər əldə olunmuş nailiyyətlər davam etməkdədir.

Kənd təsərrüfatı

Şəmkir rayonu Respublikanın ən böyük kənd təsərrüfatı rayonlarındandır. Bu sahənin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdən biridir.

Rayonun kənd təsərrüfatının əsas sahəsi əkinçilikdir.

Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında keçirilən tədbirlər planına uyğun olaraq rayonda əkinçiliyin inkişafına nail olmaq üçün xeyli işlər görülmüşdür. Respublikamızın hər yerində olduğu kimi Şəmkir rayonunda kənd təsərrüfatında ciddi islahatların aparılması regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində 2018-ci təsərrüfat ilində rayonun aqrar sektorunda böyük irəlləyişə nail olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamına uyğun olaraq Şəmkir rayonu üzrə kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım edilmişdir.

Göstərilən qayğının nəticəsi olaraq əkin sahələrində, həmçinin əldə olunmuş məhsulun miqdarında əvvəlki illə müqayisədə xeyli artım baş vermişdir.

Bu ilin məhsulu üçün keçən ilin payızında 14389 hek sahədə taxıl əkilmişdir. Onun 12201 hektarı buğda, qalan 2188 hektarı isə arpa olmuşdur. 10295 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bunun 675 hektarı yazlıq arpa, 400 hektar dən üçün qarğıdalı, 4000 hektar kartof, 5150 hektarı tərəvəz, 70 hektarı isə şəkər çuğunduru olmuşdur. Yazlıq bitkilərin səpini keçən ilin eyni dövrü ilə müqaisədə 201 hektar və ya 2.0 faiz çoxdur.

Rayonda yazlıq bitkilərin səpini davam edir.

Şəmkirdə heyvandarlıq məhsullarının istehsalında və mal-qaranın baş sayında da artım olmuşdur. Belə ki, bu ilin I rübündə bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 2034 ton ət, 12432 ton süd,11398 min ədəd yumurta istehsal edilmişdir.

Bu göstəricilər keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2.1 faiz, süd istehsalı 3.3 faiz, yumurta istehsalı isə 0.8 faiz artmışdır.
2018-cı ilin birinci rübündə rayon üzrə iribuynuzlu mal-qaranın baş sayı 61442, o cümlədən ana mal 29322, qoyun və keçilərin baş sayı isə 304815 baş olmuşdur.

2017-ci ilin eyni dövrü ilə müqaisədə iri buynuzlu mal-qaranın baş sayı 12 baş, o cümlədən inək 18 baş, qoyun və keçilər isə 194 baş artmışdır.

Keçidlər