Şriftin ölçüsü :

Saytın rəngi :

“İnformasiya əldə etmək haqqında Azərbaycan Respubikası Qanununun şərhi sahəsində region KİV-lərinin maarifləndirilməsi” Mövzusunda Regional Konfrans keçirilmişdir.

31 may 2014 | 15:00

30.05.2014-vü il tarixində Şəmkir Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə “İnformasiya əldə etmək haqqında Azərbaycan Respubikası Qanununun şərhi sahəsində region KİV-lərinin maarifləndirilməsi” Mövzusunda Regional Konfrans  keçirilmişdir.
Konfransda Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı Nazim Veysov, Azərbaycan Respublikası  Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru  Vüqar Səfərli, “Trend” İnformasiya Agentliyinin baş direktoru Hüseynov İlqar, Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Ələsgərli Müşfiq, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini, “Iki Sahil” qəzetinin baş redaktoru Rəhimzadə Vuqar, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Məmmədov Hikmət, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Quliyev Aydın, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun informasiya məsələləri üzrə aparıcı məsləhətçisi Hətəmov Elvin və regional qəzetlərin baş redaktorları, KİV əməkdaşları iştirak edirdilər. Qarşılıqlı dialoq şəklində baş tutan konfransda KİV-nin inkişafı və qarşıda duran problemləri geniş müzakirə olundu.

Keçidlər