Şriftin ölçüsü :

Saytın rəngi :

"100 illik istiqlal" - Beşlərin mübarizəsi

26 aprel 2018 | 16:00

1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur.

Cəmi iki ilə yaxın yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur.

Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncam imzalamışdır.

Sərəncamdan irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində “Böyük Yol” Gənclər İctimai Birliyi tədbirlər planı təsdiq etmiş və bu tədbirlər planında ilkin olaraq “100 illik İSTİQLAL” başlığı altında “Xəmsə” milli intellektaul oyunları formatında turnir həyata keçirir.

"Böyük Yol" Gənclər İctimai Birliyinin və Şəmkir rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə turnir Şəmkir rayonunun 16 ümumtəhsil məktəblərini əhatə edərəcək və hər məktəbdə tərkibi beş nəfərdən ibarət olmaqla 4 komanda mübarizə aparacaq. Yariş çərçivəsində ümumilikdə 64 komandanın iştirak edəcək. Artıq turnirin birinci mərhələsi start götürüb.

Aprelin 25-də baş tutan daxili turnirdə ilk olaraq Məhəmməd Füzuli adına tam orta məktəbin komandaları mübarizə aparıb. Şəhər məktəbinin 4 komandası iştirak etdiyi ilk mərhələdə “Alfa” ən güclü olmağı bacarıb və yarımfinala vəsiqə qazanıb.

Keçidlər