Şriftin ölçüsü :

Saytın rəngi :

Düyərli məktəblilərinin məharəti hamını heyran etdi

25 aprel 2018 | 16:00

Bu gün Şəmkir "Gənc Müəllimər Birliyi"nin təşəbbüsü ilə rayonun Düyərli kənd tam orta məktəbdə “Məktəbin təqdimatı” keçirilib.

Təqdimatdan öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, İcra başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri-başçının müavini Aynur Abdullayeva, Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, "Gənc Müəllimlər Birliyi"nin üzvləri və qonaqlar məktəbin şagirdlərinin hazırladığı əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra qonaqlar Düyərli kənd 2 nömrəli tam orta məktəbin kollektivi qonaqlara məktəblərini təqdim ediblər. Əvvəlcə məktəblilər Azərbaycan tarixinə, zəngin mədəniyyətimizə və incəsənətimizə aid kompozisiyalar səsləndiriblər.

“Məktəbin Təqdimatı” rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun və tədbirdə iştirak edən qonaqların marağına səbəb olub.
Məktəbin təqdimatında çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov əvvəlcə bütün Azərbaycan xalqını, xüsusilə də şəmkirliləri Cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Rayon İcra Hakimiyyətinin başçısı məktəblilərin məharətindən heyran olduğunu və onların çox böyük gələcəyinin olduğunu bildirib: “Əziz uşaqlar! Bu gün sizin təqdim etdiyiniz kompozisiyalar məni sözün həqiqi mənasında heyrətləndirdi. Ölkəmizin gələcəyi olan sizləri belə savadlı və qabiliyyətli görmək bizim üçün qürurvericidir."

Alimpaşa Məmmədov bildirib ki, bu gün Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli inkişaf gedir: “Təkcə rayonumuza nəzər salsaq, görərik doğma Şəmkirimiz gündən-günə necə gözəlləşir, yeni elm, təhsil, səhiyyə obyektləri inşa olunur, yeni yollar, körpülər tikilir. Bu da Azərbaycanın inkişafının bir parçasıdır”.

Mən demək istəyirəm ki, bütün bu işləri birləşdirən bir amil, bir məqsəd var - o da, əziz uşaqlar, sizlərin gələcəyini müstəqil, daha güclü, daha inkişaf etmiş, daha firavan Azərbaycanda görməkdir. Hər bir dövlətin gələcəyi onun uşaqlarıdır. Ona görə bu gün bütün işlər sabah üçün – sizin üçün görülür".

Rayon İcra Hakimiyyətinin başçısına öz məharətlərini göstərən məktəblilər tədbirin sonunda Alimpaşa Məmmədova qayğıkeş rəhbər kimi “Məktəblilərin Dostu” mükafatını veriblər.

Mükafata görə təşəkkürünü bildirən icra başçısı Azərbaycan təhsilinin yüksək nailiyyətlər qazanmasında ulu öndərimiz Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də göstərdiyi yüksək diqqət və qayğını xüsusi qeyd edib və məktəbin pedaqoji kollektivinə, şagirdlərə dərin təşəkkürünü bildirib.

Görülmüş işlərdən razılığını bildirən Alimpaşa Məmmədov məktəbin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

 

Keçidlər