İcra başçısı BMT-nin nümayəndəsi ilə görüşüb
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayevlə görüş keçirib.
Görüşün məqsədi Yaponiyanın “Fuji Vision AİD Mission” birləşmiş assosiasiyasının məcburi köçkünlərə, qaçqınlara və aztəminatlı əhaliyə optometrik xidmətlər göstərmək məqsədi ilə Azərbaycanda 13-cü missiyasını həyata keçirmək olub.
İlk öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov layihənin Şəmkirə salınması üçün əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirib.
Daha sonra BMT-nin nümayəndəsi Elsevər Ağayevi Şəmkirdə görməkdən məmnun olduğunu bildirən icra başçısı bu xoş təşəbbüsün keçirilməsinə yaxından dəstək olacağını bildirib.
Göstərilən diqqətə görə icra başçısına dərin minnətdarlıq edən Elsevər Ağayev 6-7 iyul 2018-ci il tarixlərdə keçiriləcək tədbirdə yüksək ixtisaslı göz həkimlərindən ibarət qruppa tərəfindən ödənişsiz göz müayinəsinin keçiriləcəyini bildirib. Eyni zamanda Şəmkirdə yaşıyan məcburi köçkünlərə, qaçqınlara və aztəminatlı sakinlərə yüksək keyfiyyətli eynəklərin paylanacağını vurğulayıb.
Layihənin yüksək səviyyədə həyata keçirilməsi üçün göstəriləcək dəstəyə görə Elsevər Ağayev icra başçısına əvvəlcədən öz təşəkkürünü bildirib.