Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Shamkirchess 2018-də oyunları izlədi

23 aprel 2018 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Shamkirchess 2018-də V turun qarşılaşmalarını izləyib.
İcra başçısı bütün idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, günün oyunlarında Dinq Liren (Çin, 2778) Teymur Rəcəbovla (Azərbaycan, 2748), Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) Aniş Giri ilə (Hollandiya, 2777), Rauf Məmmədov (Azərbaycan, 2704) isə Sergey Karyakinlə (Rusiya, 2778) heç-heçə edib.

Norveçli şahmatçı Maqnus Karlsen (2843) isə Radoslav Voytaşeki (Polşa, 2744) məğlub etməyi bacarıb.

David Navara (Çexiya, 2745) - Veselin Topalov (Bolqarıstan, 2749) qarşılaşması isə hazırda davam edir.

 

Keçidlər