Milli Qəhrəmanın anım tədbiri keçirilib
Şəmkir Regional Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə Şəmkir şəhərində yerləşən N saylı hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun 25 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə N saylı Hərbi Hissənin hərbçiləri ilə yanaşı millət vəkili Sona Əliyeva, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, N saylı Hərbi Birlik Komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytinant Rasim Manafov, İsgəndər Aznaurovun ailə üzvləri, keçmiş döyüş yoldaşları və müharibə veteranları da iştirak etmişlər.
Anım tədbirində milli qəhrəmanın həyatı və qəhrəmanlıq səlnaməsi haqqında danışılıb.
Eyni zamanda anım tədbirində Şəmkir rayon Kür mədəniyyət evinin əməkdaşları milli qəhrəmanın həyatını əks elətdirən kompozisiya ilə çıxış ediblər.
Sonda filimin rejissoru Nazim Abbasın milli qəhrəmanımız İsgəndər Aznaurovun həyat yoluna həsr olunmuş “İsgəndərin sorağında” adlı filmi təqdim olunub.