Şəmkir sakinləri şahmatçıları çoşqu ilə qarşıladılar
Vüqar Həşimov Memorialında ilk tura start verilib. Şahmatçılar Shamkirchess 2018-in keçirildiyi Heydər Əliyev Mərkəzinə gələn zaman Şəmkir sakinləri tərəfindən çoşqu ilə qarşılanıb.
Shamkirchess 2018-in I turu Şəhriyar Məmmədyarov (Azərbaycan)-Maqnus Karlsen (Norveç) görüşü ilə start götürüb.
Liderlərin qarşılaşmasında ilk gedişi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və şahmat üzrə dəfələrlə dünya və olimpiya çempionu Nona Qaprindaşvili edib.
Artıq başa çatan ilk görüşdə son iki ilin qalibi Şəhriyar Məmmədyarov ən çox reytinq xalına malik norveçli Maqnus Karlsenlə heç-heçə edib.
“Shamkir Chess 2018”
I tur
Veselin Topalov (Bolqarıstan, 2749) - Teymur Rəcəbov (Azərbaycan, 2748)
Aniş Giri (Hollandiya, 2777) - Sergey Karyakin (Rusiya, 2778)
Dinq Liren (Çin, 2778) - Radoslav Voytaşek (Polşa, 2744)
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Maqnus Karlsen (Norveç, 2843) - 0,5:0,5
David Navara (Çexiya, 2745) - Rauf Məmmədov (Azərbaycan, 2704)
.