Şriftin ölçüsü :

Saytın rəngi :

27 may 2014- cü il tarixdə Şəmkir rayonunda Respublika Gənclərinin VII forumu ilə əlaqədar Əhməd Cavad adına mədəniyyət mərkəzində rayon gənclərinin toplantısı keçirilmişdir.

28 may 2014 | 15:00

27 may 2014- cü il tarixdə  Şəmkir rayonunda Respublika Gənclərinin VII forumu ilə əlaqədar Əhməd Cavad adına mədəniyyət mərkəzində  rayon gənclərinin toplantısı keçirilmişdir.  Tədbirdə hesabat məruzəsi il çıxış edən  Şəmkir rayon Gənclər və İdman idarəsinin rəisi Pərvin Gözəlov  Şəmkir rayonunda rayon rəhbərliyi tərəfindən  gənclərə göstərilən diqqət və qaygıdan danışmışdır. Sonra mövzu ətrafında müzakirələr aparılmışdır. Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Nazim Veys oğlu Veysov cıxış edərək  gəncləri öz üzərlərində işləyərək gələcəyin qabiliyyətli insanları kimi formalaşmasını arzu etdiyini bildirmişdir. Yekunda  Şəmkir rayonundan Respublika Gənclərinin VII forumuna nümayəndələr seçilmiş, Şəmkirli gənclər adından cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
          

Keçidlər