"Onların qəhrəmanlığı siz atalara hər zaman qürur verəcək"
2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişə Azərbaycanın tarixinə dördgünlük müharibə kimi yazıldı.
Aparılan uğurlu əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdilər. Ordumuz tərəfindən düşmənin təxribat cəhdinə bu cür layiqli cavab verilməsi qələbə gününün yaxında olacağına bizi əmin etdi, hər kəsin qələbə əzmini, vətənpərvərlik hissini artırdı.
Şəhidlərimizin anım günündə yaşanan izdiham xalqımızın vətənə olan sevgisinin, intiqam hissinin, bir qarış torpağımızı belə düşmən tapdağında qoymayacağımızın bariz sübutu idi.
Axı torpaqdan pay olmaz!
Vüqar Yusifov da belə düşünürdü.
Tapqaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə Şəmkirin, Şiştəpə kəndinin igid oğlu- kəşfiyyatçı polkovnik, vətənə xidmətinə görə bir çox medallarla təltif olunmuş Vuqar Yusifov da şəhid oldu.
Bu gün Vuqarın vətən uğrunda canından keçməsindən iki il ötür. Bu münasibətlə şəhidin doğulub, boya başa çatdığı Şiştəpə kəndində anım mərasimi keçirilib.
Tədbirdə hər kəsi görmək olardı. Rayonun bütün rəhbər şəxsləri başda olmaqla, kənd sakinləri, şəhidin yaxınları, rayon ziyalıları iştirak edirdilər.
Polkovnik Vuqar Yusifoun xatirəsinə oxunan şeirlər, səhnəciklər, bədii kompozisyalar şəhidimin qəhrəmanlığından xəbər verirdi. Məktəblilərdən tutmuş tədbirdə olan hər kəs o qədər səmimi və sevərək iştirak edirdi ki, bütün gənclərin gözlərində vətən sevgisi, intiqam alovu hiss olunurdu. Hamı Ali Baş Komandanın əmrini gözləyir kimi baxırdı, polkovnikin məzarına.
Anım tədbirində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edirdi. İcra başçısı da bu təsirli mənzərə qarşısında susqun qala bilmədi.
Rayon rəhbəri olaraq Şəmkir sakinlərinə igid oğullarımızın qəhrəmanlıqlarından danışdı, bildirdi ki, ölkə başçımız cənab İlham Əliyevin komandanlığı ilə bu qanın yerdə qalmayacaq: “Azərbaycan əsgər və zabitləri göstərdilər ki, bu milləti oyandırmaq olmaz. Oyandırıb gördülər ki, mənfur düşmən bizim qarşımızda 3-4 günlük belə dayana bilmədi. Bəlkə də bu döyüş davam etsəydi Ermənistan adlı bir dövlət yer üzündən silinəcəkdi. Bizim onlarda böyük qisasımız qalıb. Bizim oğullarımız göstərdilər ki, bu qisası onlarda qoymayacağıq. Biz öz qisasımızı onlardan alacağıq, sadəcə bir az geci-tezi var. Niyə geci-tezi var? Ermənistan adlı mənfur düşmən öz-özlüyündə güc sahibi deyil. Onun havadarlarının çirkin niyyətləri nəticəsində bu münaqişə, bu müharibə bir az yubanır. Bizim qisas günümüz bir az yubanır. Ali Baş Komandan, möhtərəm prezidentimizin rəhbərliyi altında biz 3 rəngli Azərbaycan bayrağımızı Şuşaya, Xankəndinə və axtarsan Ermənistanın bütün nöqtələrinə sancacağıq. Silahlı qüvvələrimiz buna qadirdirlər. Bunu bizə Vüqar və onun ətrafında olan insanlar göstərdilər.”
Tədbirdə digər çıxış edənlər də Vuqarın keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan danışıb.
Şiştəpə kəndi şəhidlərini möhtəşəm tədbirlərlə qarşılayan şəmkirlilərin son dayanacağı olmadı.
Tədbirdə iştirak edən rayonun rəhbər şəxsləri daha bir şəhid vətən oğlu Təbriz Əsgərovu yad etmək üçün qəhrəmanın hüzuruna yollandılar.
Orada da izdiham vardı, orada da şəmkirlilər vətənin igid oğlu Təbrizi anmaq üçün toplanmışdılar.
Şəhidin hüzuruna gələndə məğrur baxışlar qarşayırdı hər kəsi. Bir də gözü yaşlı ana və qürurlu ata. Ata başını dik tutmuşdu. Sanki demək istəyirdi ki, “mənim evladım nə düşməndən, nə mərmidən, nə döyüşdən, nə ölümdən qorxmadan düşmən üstünə gedərək vətən uğrunda şəhid oldu. O ölməyib milyonlar qəlbində yaşayır”
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da bildirdi ki, Təbriz ölməyib, o yaşayır, yaşayacaq: “Onun adı öz qəhrəmanlığı ilə tarixin yaddaşına qızıl hərflərlə bir ad yazdı ki, o adı zaman tarixdən-tarixə, əsrdən-əsrə keçirəcək. Onun ismini bu millət özü ilə yaşadacaq. Hər bir şəhidimizin adı zaman-zaman qəhrəmanlıq dastanı kimi oxunacaq. Və onların qəhrəmanlığı siz atalara hər zaman qürur verəcək”. Bu günlər tarixdə bütün Azərbaycan, Şəmkir rayonu, şəmkirlilər üçün qürurlu və məğrur gündür. Çünki düz bir il bundan öncə bizim bu mərd oğullarımızın sayəsində qəhrəmanlıq səlnaməsi yazıldı. Bəli, onlar həyatlarını igid tək başa vurdular. Əgər lazım olsaydı, bir daha verərdilər canlarını vətən üçün.
Allah sizə rəhmət eləsin, Şəhid qardaşlarımız! Yeriniz cənnət məkanıdır!
Qanınız yerdə qalmayacaq, buna əmin olun!