Şriftin ölçüsü :

Saytın rəngi :

“Aprel döyüşləri bizim şanlı qələbəmizdir!”

02 aprel 2018 | 16:00

“Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir!” - Ali Baş Komandan İlham Əliyev

İki il bundan öncə Aprel Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq haqqında söhbətlər ildırım sürəti ilə hər tərəfə yayıldı. Hər yerdə, hər ailədə onların igidliyindən danışılmağa başlandı.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev başda olmaqla bu millət bir tarix yazdı-“Aprel Zəfəri”.

Bəli, həmin gün damarında türk qanı axan hər kəs sərhəddə, əsgərlərimizin dəstəyinə getməyə can atdı. Xalqımıza qarşı əsrlər boyu düşmən tərəfindən törədilən cinayətlər qorxutmadı türk oğlu türkü.

Həmin gün Azərbaycanın “Aprel Zəfəri”ndə vətən uğrundan canından, qanından keçən mərd oğullarımız vardı. Onlar qanlarıyla vətənin müdafiəsinə qalxdılar, düşmənə Azərbaycan xalqının qüdrətini göstərdilər.

O, qəhrəman oğulların sırasında Polkovnik Vuqar Yusibov, Silahlı qüvvələRdə müddətdən artıq hərbi xidmətdə olan Təbriz Əsgərov, əsgər Altun Dəmirli, Nurlan Qasımov və Vusal Alıyev də vardı. Bu igid oğullar Vətən və millət uğrunda ötən ilin aprelində canlarından keçdilər. Vətən yolunda şəhid olmağa hazır olan və düşmənə üstün gələn ən mühüm əsaslardan biri “Ölsəm, şəhidəm, qalsam qəhrəman” inancını qoymuşdular qarşılarına. Çünki bu qərəman oğullar yurdunu sevir, millətinə xidmət etməyi şərəfli bir vəzifə bilirdilər.

Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı. Xüsusilə erməni işğalçıları tərəfindən işğal olunmuş torpaqlarımızın 2000 hektar ərazisi Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra ölkə başçısının cəbhəyanı bölgələrə səfər etməsi və əsgərlərimizlə, zabitlərimizlə görüşməsi, orada yaşayan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olması bir daha xalqımızın mənfur düşmən üzərində əldə edəcəyi növbəti qələbələrə inamını artırdı. Bu baxımdan, dövlətimizin başçısının aprel döyüşlərinin bizim şanlı qələbəmiz olduğunu vurğulaması bu qələbələrin davamlı olacağına, bir qarış torpağımızın belə düşməndə qalmayacağına dair verdiyi mesaj kimi qiymətləndirilməlidir.

Keçidlər