Şriftin ölçüsü :

Saytın rəngi :

28 may Respublika günü ilə əlaqədar Şəmkir Rayon Heydər Əliyev mərkəzində tədbir keçirilmişdir.

28 may 2014 | 15:00

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti  Başçısı Nazim Veysov, idarə, təşkilat və müəssisə rəhbərləri, rayon ziyalıları və rayon ictimaiyyəti iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının müavini  Fəxrəddin Vəliyev Respublika Günü münasibətilə toplantı iştirakçılarını təbrik edərək, bu günün əhəmiyyətini qeyd etdi. Daha sonra Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısının müavinini Sona Əliyeva  Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar  məruzəsini  toplantı iştirakçılarının nəzərinə çatdırdı. Tədbir Şəmkir Rayon Musiqi məktəbinin hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşdı.
 

Keçidlər