Şəmkir Rayon İcra Hakimiyətinin Hüquq şöbəsi gənc kadra tapşırıldı
Şəmkir Rayon İcra Hakimiyətinin Hüquq şöbəsi gənc kadra tapşırıldı
Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı layihələr uğurla icra olunur.
Bu işlərin davamı olaraq daha bir gənc Şəmkirdə yüksək vəzifəyə təyinat alıb. Bu İsmayılov Ruslan Akif oğludur.
Ruslan İsmayılov 24 dekabr 1986-cı ildə Şəmkir rayonu Düyərli kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Ailəlidir, iki övladı var.
31 yaşlı gənc 2015-ci ildən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb.
İsmayılov Ruslan Akif oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Ruslan İsmayılovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!