Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkə prezidentimizə məktəbimizin şagirdləri adından minnətdarlığımı bildirirəm” - Şəmkir məktəblisi

27 mart 2018 | 16:00

Artıq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycanımızın dilbər güşələrindən olan Qəbələ, Zaqatala və Şəki rayonlarına səfər edən şagirdlər arasında Şəmkir rayonunun 19 ümumtəhsil orta məktəbindən 40 nəfər məktəbliləri də olub.

Məktəblilər səfət barədə təəssüratlarını shamkir-ih.gov.az saytı ilə bölüşüblər.

Zamanova Gülnar Əli qızı ( Nizami Gəncəvi adına Şəmkir şəhər tam orta məktəbin 11-ci sinif şagirdi): “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak etdiyim üçün çox sevinirəm. “Ölkəmizi tanıyaq” tur-aksiyası Prezident İlham Əliyevin gənc nəslə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bizə belə bir şərait yaratdığı üçün dövlətimizin başçısına minnətdarıq. Əminəm ki, layihə çərçivəsində əldə etdiyimiz hər bir uğur gələcəkdə Vətənimizin adına qazanacağımız böyük qələbələrin başlanğıcıdır. Qəbələ, Şəki və Zaqatalada olduğum üç gün ərzində bu rayonların tarixi keçmişinə dair çox şey öyrənmişəm. Bu səfəri bizim Vətən, yurd sevgimizi daha da artırdı və gələcək  həyatımızda unudulmaz xatirəyə çevriləcək. Buna görə də yoldaşlarım adından dövlətimizə, cənab Prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm".

 

Bağırov Vəli Məhəmməd oğlu ( Bayramlı Kənd tam orta məktəbin 11-ci sinif şagirdi): “Bu cür tur-aksiyalar şagirdlərin dünyagörüşünün, biliklərinin artırılması baxımından çox əhəmiyyətlidir. Səfər etdiyimiz rayonlar qədim tarixi abidələrlə zəngin və gözəl təbiəti olan diyarlardır. Eyni zamanda bu rayonların çox qonaqpərvər insanları var. Bu, həyatımın ən maraqlı səyahətlərdən biri idi. Ümid edirəm ki, həmin yerlərə bir də gedəcəyəm. Oralar çox xoşuma gəldi. Bu tur-aksiyanın təşkil olunmasına görə Prezidentimizə məktəbimizin şagirdləri adından minnətdarlığımı bildirirəm”.

 

Əhmədov Nihad Nizami oğlu ( Əhməd Cavad adına Şəmkir şəhər tam orta məktəbin 10-cu sinif şagirdi): “Ölkəmizi tanıyaq” tur-aksiyası Prezident İlham Əliyevin gənc nəslə diqqət və qayğısının bariz nümunəsidir. Bizim üçün belə bir şərait yaratdığına görə dövlətimizin başçısına minnətdaram. Rayonlarda gördüyümüz inkişafa nail olunması, gözəlliklərin yaradılması üçün çox böyük zəhmət çəkilib, xeyli iş görülüb. Regionlarımızın belə vüsətli inkişafını görmək hər birimizi sevindirir. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində səfər etdiyimiz bölgələrdən zəngin təəssüratlarla ayrıldıq. Həmin rayonların təbiəti, tarixi abidələri, mətbəxi, mehriban insanları bizim yaddaşımızdan heç vaxt silinməyəcək. 

 

Keçidlər