Nərmanlı kəndində dəmyə şəraitində taxıl səpini başlayıb
Nərmanlı kəndində dəmyə şəraitində taxıl səpini başlayıb
Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan təlabatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan təlabatının ödənilməsində mühüm rol oynayır.
Ona görə də bu gün Şəmkir rayonunda taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulmuşdur.
Rayonda taxılçılıqda məhsuldarlığın daha da yüksəldilməsi üçün yeni sortlardan istifadə edilməklə yanaşı, əkin sahələrinin artırılması istiqamətində də addımlar atılır.
Şəmkir təsərrüfatlarında 2018-ci ilin məhsulu üçün rayon üzrə 14 min 389 hektar sahəyə toxum səpilib. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 260 hektar artıb.
Taxıl əkinlərinin 10 min 351 hektarını buğda, 4 min 38 hektarını isə arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda əkinlərə aqrotexniki qulluq göstərilir və sahələrə yemləmə gübrəsi verilir.
Bu günlərdə rayonun Nərimanlı kəndində nəmliklə təmin olunmuş dəmyə şəraitində taxil əkininə başlanılıb. Fermerlər tərəfindən 15 hektar əraziyə 3450 ton taxıl əkilib.
Xatırladaq ki, Şəmkirdə 2017-ci ildə 14 min 129 hektar taxıl sahəsindən 43 min 152 ton məhsul götürülüb.