Şəmkirli gəncə ikiqat bayram - 24 yaşında vəzifəyə təyin edildi
Şəmkirdə gənclərin dövlət postlarına cəlb edilməsi işi davam etdirilir.
Artıq gənclər Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda uğurla icra olunan layihələrdən istifadə etmək imkanı qazanırlar. Bunun nəticəsidir ki. Şəmkir gəncləri öz qabiliyyətlərini, bacarıqlarını anında göstərmək imkanı qazanır və rayon rəhbərliyi tərəfindən dəstək alırlar.
Son 3 ildə bu işlər rayonda demək olar ki, adət halını alıb. Novruz bayramı öncəsi dövlət işinə cəlb edilən belə gənclərdən biri də Pənahov Ruslan Şahin oğludur.
Ruslan Pənahov 7 yanvar 1994-cü ildə Şəmkir rayonun Kür qəsəbəsində dünyaya gəlib. Azərbaycan Kooperasiya Universitetini bitirib.
Pənahov Ruslan Şahin oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun 19 mart 2018-ci il tarixli müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib vəzifəsinə təyin edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Ruslan Pənahovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!