Onlar "Fəxri Fərman"ı ilə təltif olundular
Onlar "Fəxri Fərman"ı ilə təltif olundular
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda “8 mart Beynəlxalq Qadınlar Günü” münasibətilə möhtəşəm tədbir keçirilib.
Tədbirdə Şəmkir rayonunun sosial-iqtisadi, mədəni inkişafında və ictimai həyatında səmərəli fəaliyyətinə görə fərqlənən Sahib Əliyev adına Qasım İsmayılov kənd tam orta məktəbin direktoru Qasımova Maarifə və Düyərli kənd 1 saylı tam orta məktəbin müəllimi Nağıyeva İradəyə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının "Fəxri Fərmanı" verilib.
Xanımlara "Fəxri Fərman"ı rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov özü təqdim edib.
Şəmkir Rayon İcra Hakimiyyəti adından hər iki xanımı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!