Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 5 Mart Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

05 mart 2018 | 16:00

Bu gün, 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Şəmkir rayon Gənclər və İdman İdarəsində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov müstəqillik illərində Ulu Öndər Heydər Əliyev tərəfində əsası qoyulmuş Dövlət İdman Siyasəti barədə geniş danışıb.

Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 29 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Bu strukturun yaradılması müstəqil Azərbaycan Respublikasının İdman Siyasətinin təməli olub. 1997-ci ildə Milli Olimpiya Komitəsinin yaradılması və Komitəyə Cənab İlham Əliyevin Prezident seçilməsi dövlətin idmana və idmançılara verdiyi yüksək dəyərin bariz nümunəsi olub.

Qeyd edib ki, 2003-cü ildən etibarən Azərbaycanda idmanın inkişafı keyfiyyətcə yeni müstəviyə keçib. Hal-hazırda Respublikamızda 43 Olimpiya İdman Kompeksinin fəaliyyət göstərməsi görülən işlərin sübutudur. 2015-ci I Bakı Avropa Oyunları, 2016-ci il Dünya Şahmat Turniri və Formula I yarışları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı dünyaya idman ölkəsi ilə tanıtmaqdadır.

Çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin əməkdaşı Davud Süleymanov rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun səmimi salamlarını, təbrik sözlərini tədbir iştirakçılarına çatdırmışdır.

Bildirib ki, Şəmkir rayonunda Dövlət İdman Siyasətinin həyata keçirilməsi özünün yüksəliş dövrünü yaşamaqdadır.

Sonda Respublika yarışlarında və ölkə birinciliklərində fərqlənmiş idmançılar və onların məşqçi-müəllimləri diplom və hədiyyələrlə mükafatlandırılıb.

Keçidlər