Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəmkir" yenidən yaşıl meydanlarda tarix yazacaq"- İcra başçısı

02 mart 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov AFFA-nın və Yerli İcra Hakimiyyətlərinin dəstəyi ilə keçirilən “Region Liqası”nda Şəmkir rayonunu təmsil edən “Şəmkir” Futbol klubunun məşqçisi Firdovsi Əhmədovu və komandanın idarə heyətini qəbul edib.

İcra başçısı əvvəlcə komandanı son iki matçda qazandıqları qələbə münasibəti ilə təbrik edib, martın 3-ü səfərdə Mingəçevirin “Energetik” klubu ilə oynayacaqları matçda uğurlar arzulayıb.

Alimpaşa Məmmədov bildirib ki, futbolun inkişafı Azərbaycanda dövlət siyasətidir, Dövlət Proqramı qəbul edilmişdir.

Gələcək illərdə Prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycanda futbol daha da sürətlə inkişaf edəcəkdir: “Biz istəyirik ki, futbol bölgəsi kimi tanınan Şəmkirin də bu inkişafda payı olsun”.

Komandanın problemləri ilə yaxından maraqlanan icra başçısı “Şəmkir” futbol klubunun yüksək liqalar uğrunda mübarizə aparmalı olduğunu və bu istiqamətdə bütün futbolsevərlərin dayanmadan çalışdığını bildirib: “Bilirsiniz ki, "Şəmkir"in şanlı tarixi var. Bu komanda 3 dəfə Azərbaycan çempionu olub. Amma bunlar rayonumuz üçün kifayət deyil. Əlimizdən gələni edirik ki, “Şəmkir” komandası tək keçmişdə yazdığı tarixlə deyil, gələcəkdə yazacağı tarixlərlə yaşasın. İnanıram ki siz bunu bacaracaqsınız. "Şəmkir" yenidən yaşıl meydanlarda tarix yazacaq". Bunun üçün rayonumuzda hər bir futbolu sevən insanlar səfərbər olunublar. Şəmkirdə keçirilən rayon birinciliyi də bunun üçündür. Bu gün “Şəmkir”i bir qəsəbənin gəncləri təmsil edir. Bu gənc nəsil, müstəqillik dövründə yetişən uşaqlarımız görün, nə qədər böyük istedada malikdirlər və eyni zamanda, onlarda vətənpərvərlik ruhu nə qədər yüksək səviyyədədir”.

Alimpaşa Məmmədov bildirib ki, bu gün Şəmkirin bütün kəndlərində demək olar ki, gənclər üçün stadionlar tikilir və olmayanlarda da yaratmağa başlayıb: “Bütün bunlar gələcəkdə yeni gənc futbolçuların yetişməsinə və “Şəmkir” Futbol Klubuna yeni istedadların cəlb olunmasına xidmət edir.

Amma bütün bunlar uğur qazanmaq üçün kifayət deyil. İlk növbədə futbolçularımızda peşəkarlıq, məşq toplanışları, əlbəttə ki, məşq prosesinin düzgün həyata keçirilməsi, məşqçilərlə idmançılar arasındakı ünsiyyət və eyni zamanda, qələbə əzmi, vətənpərvərlik hissləri - bunlar da çox vacib amillərdir”.

“Şəmkir” Futbol Klubunun baş məşqçisi Firdovsi Əhmədov çıxışında rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədova göstərdiyi diqqətə görə bütün futbolçular adından və “Şəmkir”sevərlər adından dərin təşəkkürünü bildirib: “Həqiqətən də sizin komandamız üçün etdikləriniz danılmaz faktlardır. Çox şadıq ki bu gün ölkəmizdə idmana böyük diqqət göstərilir. Cənab Prezidentin qayğısı nəticəsində Azərbaycan idmançıları bu gün dünya arenalarında bayrağımızı dalğalandırırlar. Siz də, Prezident İlham Əliyevin idman siyasətini rayonumzda uğurla icra edirsiniz. “Şəmkir” Futbol Klubunu da heç vaxt diqqətdən kənarda saxlamırsınız. Bu gün hər birimizin bir məqsədi var. Sizin rəhbərliyiniz altında “Şəmkir”i böyük futbol arenalarında görmək”.

Keçidlər