Şriftin ölçüsü :

Saytın rəngi :

"Gənclik vətənpərvərlik hisslərini sizdən öyrənməlidir" - Alimpaşa Məmmədov

26 fevral 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Qarabağ müharibəsi əlilləri, veteranları ilə görüş keçirib.

Görüşdə "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Şəmkir rayon şöbəsinin sədri Müsahib Zeynalov, Fuad Bədəlov, Eldəniz Qarayev, Xanlar Əliyev və “Azərbaycan Bayrağı Ordeni” almış Xəqani Nəbiyev iştirak ediblər.

İcra başçısı əvvəlcə Xocalı faciəsinin 26-cı il dönümü ilə bağlı bütün veteranlara və Azərbaycan xalqına başsağlığı verib.

Görüş zamanı Alimpaşa Məmmədov rayonda veteranların problemlərinin həlli istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlarla əməkdaşlıq edildiyini, rayon veteranlarının məişət problemlərinin aradan qaldırılmasında yaxından köməklik göstərildiyini diqqətə çatdırdı.

Heydər Əliyev irsinin öyrənilməsi, onun ideyalarının gənclərə aşılanmasında müharibə veteranlarının da böyük rolu olduğunu vurğulayan Alimpaşa Məmmədov onlara bütün bu işlərdə uğurlar arzulamış, Şəmkir rayonunda keçirilməsi nəzərdə tutulan tədbirlərdə Qarabağ müharibəsi veteranlarının hər zaman öndə olacaqlarını vurğulayıb: “Bu gün Şəmkir gəncliyi vətənpərvərlik hisslərini sizdən öyrənməlidir. Siz hər birimiz üçün əzizsiniz. Bizi, ailəmizi qoruyan insanlar başımızın tacıdır.“

Görüş zamanı Alimpaşa Məmmədov bildirib ki, ölkəmizdə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlər həyata keçirilir: “Bu gün bu siyasət yeni mərhələyə qədəm qoyub.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir".

İcra başçısı bildirib ki, bütün bunlar da son deyil. Hazırda dövlət müharibə əlillərinin, şəhid ailələrinin, veteranların sosial müdafiəsini gücləndirmək məqsədilə ardıcıl tədbirlər görür və yaxın gələcəkdə daha bir neçə yeniliyin şahidi olacağıq".

Görüşdə çıxış edən "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Şəmkir rayon şöbəsinin sədri Müsahib Zeynalov son illər ölkəmizdə və rayonumuzda əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb: "Bu baxımdan, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir”.

Çıxış edən “Azərbaycan Bayrağı Ordeni” almış Qarabağ müharibəsi veteran Xəqani Nəbiyev dövlətin sözügedən kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən danışıb: "Müharibə əlillərinin, şəhid ailələrinin mənzil probleminin həlli istiqamətində görülən mütərəqqi işləri xüsusilə vurğulamaq lazımdır. Ötən dövr ərzində minlərlə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin edilib. Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərimizin reabilitasiyası, müalicəsi istiqamətində də mühüm işlər görülüb”.

Görüş zamanı Qarabağ müharibəsi veteranları xalqımızın, o cümlədən Qarabağ savaşında iştirak etmiş döyüşçülərin qəlbində xoş və unudulmaz xatirələrlə yuva salmış ümummilli liderimiz Heydər Əliyevin Qarabağ veteranlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin veteranlara göstərdiyi qayğını daim hiss etdiklərini bildirərək, bundan sonra da dövlətimizə, millətimizə fayda verməyə çalışacaqlarını qeyd diblər.

Keçidlər