Müasir Azərbaycan tarixi dərslərinin tədrisi uğurla davam etdirilir.
Respublikanın hər yerində olduğu kimi Şəmkir rayonunda da, müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə dərslər tədris olunur.
"Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda dərslərin tədrisi zamanı müvafiq foto-video materiallar, eyni zamnda, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bugünkü sosial-iqtisadi inkişafdan, aparılan abadlıq və quruculuq işlərindən, həmçinin Şəmkir rayonunda gedən abadlıq və quruculuq işlərindən bəhs edən materiallar şagirdlərin diqqətinə çatdırılır.
Qrafikə uyğun olaraq fevral ayında 25 məktəbdən 1162 şagirdin iştirakı ilə 5 dərs, mart ayında 36 məktəbdən 1173 şagirdin iştirakı ilə 10 dərs, aprel ayında 45 məktəbdən 1233 şagirdin iştirakı ilə 11 dərsin, may ayında 19 məktəbdən 590 şagirdin iştirakı ilə 5 dərs tədris olunmuşdur. Hal - hazırda dərslərin tədrisi uğurla davam etdirilir. Rayonda fəaliyyət göstərən Kəlbəcər qaçqın məktəbinin də 11-ci sinif şagirdləri bu dərslərdə yerli məktəblərin şagirdləri ilə birlikdə iştirak edir.