Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir gəncə vəzifə verildi

23 fevral 2018 | 16:00

Daha bir gəncə vəzifə verildi

Şəmkirdə gənclərin dövlət postlarına cəlb edilməsi işi davam etdirilir

Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı layihələr uğurla icra olunur.

Bunun nəticəsidir ki, Şəmkirdə gənclər öz qabiliyyətlərini, bacarıqlarını anında göstərmək imkanı qazanır və rayon rəhbərliyi tərəfindən dəstək alırlar.

Bu işlərin davamı olaraq daha bir gənc yeni vəzifəyə təyinat alıb. Bu Məmmədli Adil Rabid oğludur.

Adil Məmmədli 1992-ci ildə Şəmkir rayonun Qapanlı kəndində dünyaya gəlib. Azərbaycan Dövlət Aqrar Universitetini bitirib.

Məmmədli Adil Rabid oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib vəzifəsinə təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Adil Məmmədlini təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

 

Keçidlər