Qasım İsmayılov məktəblilərinin məharəti hamını heyran etdi
Bu gün Şəmkir "Gənc Müəllmər Birliyi"nin təşəbbüsü ilə Qasım İsmayılov kənd tam orta məktəbdə “Məktəbin təqdimatı” keçirilib.
Təqdimatdan öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, İcra başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri-başçının müavini Aynur Abdullayeva, Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, "Gənc Müəllimlər Birliyi"nin üzvləri və qonaqlar məktəbin şagirdlərinin hazırladığı əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Daha sonra qonaqlar Sahib Əliyev adına Qasım İsmayılov kənd tam orta məktəbinin müəllimi Əsli Abdullayevanın təqdimatında açıq dərsdə iştirak ediblər. Dərs zamanı şagirdlərə Ümummilli Liderin həyatı, xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişi, erməni təcavüzünə məruz qalan, parçalanmaq təhlükəsi ilə qarşılaşan, tam xaos yaşanan bir vaxtda ölkəni xilas edərək müstəqil dövlət quruculuğu yoluna çıxaran və sosial-iqtisadi inkişaf mərhələsinə gətirən bu dahi insanın öz xalqı qarşısındakı böyük xidmətlərindən danışıblar. Açıq dərslərdə şagirdlərə, habelə Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin səyi ilə bu gün ölkəmizdə hüquqi dövlət, ordu quruculuğu, sosial-iqtisadi, elm, təhsil mədəniyyət və sair sahələrdə əldə olunan böyük uğurlar barədə geniş məlumat verilib.
Açıq dərsdən sonra S.Əliyev adına Qasım İsmayılov kənd tam orta məktəbin kollektivi qonaqlara məktəblərini təqdim ediblər. Əvvəlcə məktəblilər Azərbaycan tarixinə, zəngin mədəniyyətimizə və incəsənətimizə aid kompozisiyalar səsləndiriblər. “Məktəbin Təqdimatı” rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun və tədbirdə iştirak edən qonaqların marağına səbəb olub.
Rayon İcra Hakimiyyətinin başçısı məktəblilərin məharətindən heyran olduğunu və onların çox böyük gələcəyinin olduğunu bildirib: “Əziz uşaqlar! Bu gün sizing təqdim etdiyiniz kompozisiyalar məni sözün həqiqi mənasında heyrətlənndirdi. Ölkəmizin gələcəyi olan sizləri belə savadlı və qabiliyyətli görmək bizim üçün qürurvericidir”.
Rayon İcra Hakimiyyətinin başçısı kənd məktəbliləri və onların valideyinlərini 2017-ci ildə ölkəmizdə, xüsusilədə Şəmkirdəki inkişafdan da danışıb: “Ötən il bir çox vacib hadisələrlə və nailiyyətlərlə rayonumuzun tarixində qaldı. Bunlardan ən böyüyü ölkə Prezidenti Cənab İlham Əliyevin Şəmkirə səfəridir.
Bildirmək istəyirəm ki, bu gün Prezidentimizin uğurlu siyasəti nəticəsində Azərbaycanda iqtisadi artım davam edir. Biz bunu demək olar ki, həyatımızın bütün sahələrində görə bilərik.
Təkcə rayonumuza nəzər salsaq, görərik doğma Şəmkirimiz gündən-günə necə gözəlləşir, yeni elm, təhsil, səhiyyə obyektləri inşa olunur, yeni yollar, körpülər tikilir.
Mən demək istəyirəm ki, bütün bu işləri birləşdirən bir amil, bir məqsəd var - o da, əziz uşaqlar, sizlərin gələcəyini müstəqil, daha güclü, daha inkişaf etmiş, daha firavan Azərbaycanda görməkdir. Hər bir dövlətin gələcəyi onun uşaqlarıdır. Ona görə bu gün bütün işlər sabah üçün – sizin üçün görülür. ”
Daha sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və qonaqlar məktəblilərin təqdimatında idman oyunlarını izləyiblər. Görülmüş işlərdən razılığını bildirən Alimpaşa Məmmədov məktəbin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.