Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Nazim Veysov Bayramlı kəndində vətəndaşlarla görüşdə olmuşdur.
Şəmkir rayonunun Bayramlı kəndində vətəndaşların təklif və şikayətlərinə baxılması məqsədi ilə səyyari qəbul keçirilmişdir.
Qəbulda rayonun Bayramlı kənd sakinləri, inzibati ərazi dairələri üzrə nümayəndə, bələdiyyə sədri, hüquq mühafizə orqanları və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Nazim Veysov Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən , əldə olunmuş uğurlardan danışmış, rayonda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, respublikada və rayonda aparılan geniş tikinti – quruculuq, abadlıq işlərindən bəhs etmişdir.
Ölkə başçısı cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək, problemlərini həll etmək tapşırığının rayonda diqqət mərkəzində saxlanıldığını bildirən Nazim Veysov kənd sakinlərinin şikayət və təkliflərini dinləmişdir.
Keçirilmiş səyyari qəbulda 145 nəfər iştirak etmiş, 8 nəfər müxtəlif məsələlərlə bağlı müraciət etmişdir.
Qaldırılmış problemlərin bir qismi yerindəncə öz həllini tapmış, digər problemlər isə aidiyyatı təşkilat rəhbərləri tərəfindən nəzarətə götürülmüşdür.
Vətəndaşlar dövlət başçısının siyasətindən, onlara göstərilən qayğıdan razı qaldıqlarını bildirmişlər.