Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəmkirdə çuğundur əkini sahələri genişləndirilməlidir" - Alimpaşa Məmmədov

13 fevral 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov "Azərşəkər" MMC-nin baş direktoru Anar Mehdiyev və baş texniki Əvəz Süleymanovla görüş keçirib.

Görüşdə Şəmkir rayonu Ceyrançöl ərazisində çuğundur əkini sahələrinin genişləndirlməsi üçün birgə əməkdaşlıq edilməsi istiqamətində geniş müzakirələr aparılıb.

Çuğundur əkini üçün Şəmkir rayonu ərazisində münbit torpaq sahələrinin mövcud olduğunu bildirən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayon əhalisinin də bu işdə fəaliyyətini yüksək qiymətləndirib. 2016-cı il ərzində Şəmkir rayon Ceyrançöl ərazisində 670 hektar sahədən 14 min ton şəkər çuğunduru əldə edildiyini bildirən Alimpaşa Məmmədov, 2017-ci ildə bunun ayrı-ayrı vətəndaşlara məxsus 1200 hektar torpaq sahəsində əkildiyini və hazırda bu sahələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

"Azərşəkər" MMC-nin baş direktoru Azər Mehdiyev əkiləcək çuğundur sahələrində aqrotexniki qaydalara əməl edilməsini və texniki təminatın vacib sayıldığını bildirib. Çuğundur sahələrinin Şəmkir rayonu ərazisində genişləndirilməsi üçün birgə fəaliyyətin labüd olduğu diqqətə çatdırılıb.

Rəsmi görüşdən sonra "Azərşəkər" MMC-nin əməkdaşları ilə birgə rayonun Ceyrançöl ərazisində çuğundur əkini üçün mövcud torpaq sahələrinə baxış keçirilib.

Keçidlər