2017-ci ildə Şəmkirdə məktəbəqədər təhsil müəssisələrinə 68 gəncin təyinatı olub
2017-ci ildə Şəmkirdə məktəbəqədər təhsil müəssisələrinə 68 gəncin təyinatı olub
Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Bu istiqamətdə aparılan işlər Şəmkir rayonunda da uğurla icra edilir. Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı layihələrdə möhtəşəm uğurlar qazanılır.
Rayonda bütün istiqamətlərdə olduğu kimi məktəbəqədər təhsil müəssisələrində də gənclər önə çəkilir, körpə fidanların gələcəyə müasir baxışlarla böyüməsinə zəmin yaradılır.
Bütün bu işlərin kökündə rayon İcra Hakimiyyəti tərəfindəm məktəbəqədər təhsil müəssisələrinə işə qəbul prosesində şəffaflığın təmin edilməsidir.
Bu məqsədlə Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının 16 mart 2017-ci il tarixli Sərəncamı ilə rayonda məktəbəqədər təhsil müəssisələrinə vətəndaşların işə qəbulu qaydalarının təkmilləşdirilməsi və işə qəbul prosesində şəffaflığın təmin edilməsi ilə bağlı tərkibi 7 nəfərdən ibarət komissiya yaradılmışdır.
Bu şəffaf idarə sisteminin nəticəsi olaraq komissiya üzvlərinin iştirakı ilə ötən il ərzində məktəbəqədər təhsil müəssisələrinə 39 pedaqoji, 29 texniki işçi yerinə gənclərinin təyinatı olmuşdur.
2017-ci il ərzində Şəmkir rayonu ərazisində fəaliyyət göstərən dörd məktəbəqədər təhsil müəssisəsinə isə müdir təyinatı olmuşdur.
• 16.03.2017-ci il Şəmkir rayonu Yeni Həyat kənd körpələr evi-uşaq bağçası - İbrahimova Şəhla Firdovsi qızı
• 30.03.2017-ci il Şəmkir rayonu Əliyaqublu kənd körpələr evi-uşaq bağçası - Həbibova Məleykə Rasim
• 04.04.2017-ci il Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçası - Hüseynli Nigar Etiqad qızı
• 30.11.2017-ci il Şəmkir rayonu Plankənd 2 saylı körpələr evi-uşaq bağçası - Nağızadə Aynur Arif