Şəmkirdə Kitab Bayramı.
Mayın 21-də Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi münasibətilə Şəmkir rayon İcra Hakimiyyətinin dəstəyi və MKS-nin təşkilatçılığı ilə Bayraq muzeyinin qarşısında ənənəvi VII Ümumrespublika Kitab bayramı keçirildi.
Tədbirdə ictimaiyyət nümayəndələri, məktəblilər, gənclər iştirak edirdilər.Tədbiri giriş .sözü ilə Şəmkir rayon MKS-nin direktoru S. Əmiraslanova açaraq tədbir iştirakçılarını salamladı,tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verdi.Sonra Dövlət Himni səsləndirildi. Ulu öndərin həyat və fəaliyyəti haqqında direktor müavini Zərifə Niyazova çıxış etdi.Ə.Cavad adına şəhər , N.Gəncəvi adına şəhər və C.Bayramov adına Qaracəmirli kənd tam orta məktəblərinin şagirdləri ulu öndərə və vətənə həsr olunmuş şeirlər söylədilər.8 saylı uşaq baxçası və körpələr evinin fidanlarının ifasında səslənən şeirlər , səhnəciklər,rəqslər, tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
Məktəblilərin ifasında ”Heydər Əliyev və Azərbaycançılıq”adlı viktorina və nağıl qəhrəmanlarının personajları tədbir iştirakçılarına təqdim olundu .
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin Təhsil,Səhiyyə və Mədəniyyət sahələri üzrə müavını Sona Əliyeva çıxış edərək ,bayram iştirakçılarını təbrik etdi.
Kitab bayramına gələnlərə “Azərbaycanı dünyaya tanıdan lider”, “Heydər Əliyev Şəmkirdə”, “Azərbaycan tarixi”,”Azərbaycan qəhrəmanlar yurdudur”,“Yaddan çıxmaz Qarabağ” , “Şəmkirim- doğma diyarım”, “Milli mənəvi sərvətimiz”, “Sənin hüquqların”,“Ana dilimizi sevək, sevdirək”,”Mənəvi saflığımız”,”Azərbaycan ədəbiyyatı”,”Dünya ədəbiyyatı”,Uşaq ədəbiyyatına səyahət” və s.mövzularda 1500 nüsxə kitab və kitabxanaçıların əl işlərindən ibarət sərgi nümayiş etdirildi.
Tədbir musiqi sədaları altında sona yetdi.