Şəmkirdə daha bir gəncə vəzifə verildi
Şəmkirdə daha bir gəncə vəzifə verildi
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Əliyaqublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.
Belə ki, Şükürlü Fərid Ayaz oğlu Əliyaqublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsinə təyin edilib.
20 sentiyabr aprel 1993-cü il tarixində Şəmkir şəhərində anadan olan Fərid Şükürlü Azərbaycan Dövlət İqtisad Universitetini Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib.
Şükürlü Fərid Ayaz oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Əliyaqublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsinə təyin edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Fərid Şükürlünü təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!