Şəmkirdə gənclərin dövlət postlarına cəlb edilməsi işi davam etdirilir
Şəmkirdə gənclərin dövlət postlarına cəlb edilməsi işi davam etdirilir
Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı layihələr uğurla icra olunur.
Bunun nəticəsidir ki, Şəmkirdə gənclər öz qabiliyyətlərini, bacarıqlarını anında göstərmək imkanı qazanır və rayon rəhbərliyi tərəfindən dəstək alırlar.
Bu işlərin davamı olaraq daha bir gənc yeni vəzifəyə təyinat alıb. Bu Qələndərov Natiq Arif oğludur.
Natiq Qələndərov 20 dekabr 1989-cu ildə Şəmkir şəhərində dünyaya gəlib. Mingəçevir Dövlət Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsini bitirib. Ailəlidir, bir övladı var.
28 yaşlı gənc 2017-ci ildən 2018-ci ilin fevralına kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısısının Əliyaqublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavin vəzifəsində çalışıb.
Qələndərov Natiq Arif oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Natiq Qələndərovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!