Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin pulsuz tibbi müayinəsi yüksək səviyyədə keçiriləcək

06 fevral 2018 | 16:00

Prezidentin tapşırığını rəhbər tutaraq fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin pulsuz tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək.

Şəmkir rayonuda da əhalinin pulsuz tibbi müayinəsininin yüksək səviyyədə təşkil olunması üçün rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov komissiyanın üzvləri ilə görüşərək rayon ərazisində əhalinin tibbi müayinəsinin yüksək səviyyədə təşkil edilməsi üçün aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.

Xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi üçün müzakirələr aparılıb.

Keçidlər