Şriftin ölçüsü :

Saytın rəngi :

"Onları hörmətli edən sizin dəyərinizdir"- Alimpaşa Məmmədov

05 fevral 2018 | 16:00

 

Xəbər verdiyimiz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən rayonun Könüllü kənd və Zəyəm qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliklərinə yeni təyinatlar olub.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yeni icra nümayəndələri ilə görüş keçirib.

Yeni təyinatları təbrik edən icra başçısı bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr: “Biz də Cənab Prezidentin yerlərdəki nümayəndəsi kimi, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik. Harda olmağınızdan aslı olmayaraq sizin üçün birinci vətəndaş amili öndə olmalıdır. Çünki bu Cənab Prezidentin tapşırığıdır. Sizin dövlətimizə, millətimizə göstərəcəyiniz şəffaf xidmət bizim üçün baş ucalığıdır. Çalışın hər zaman vətəndaşlarla səmimi, dürüst olun. Çünki sakinlərimizi hörmətli və şərəfli edən sizin onlara verdiyiniz dəyərdir”. Yeni təyinatlar da rayon İcra Hakimiyyəti başçısına minnətdarlığını bildirdi və onlara göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağa çalışacaqlarını vurğuladılar.

 

 

Keçidlər