Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə daha bir gənc xanıma vəzifə verildi

05 fevral 2018 | 16:00

Şəmkirdə daha bir gəncə vəzifə verildi

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində gənc xanıma vəzifə verilib.

Belə ki, Şükürlü Nübar Şakir qızı nümayəndəliyin mühasibi vəzifəsinə təyin edilib.

Nübar Şükürlü 13 sentyabr 1994-cü il tarixində Şəmkir rayonunun Zəyəm qəsəbəsində dünyaya gəlib. Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsini bitirib.

23 yaşlı gənc xanım bundan öncə Zəyəm qəsəbə bələdiyyəsində mühasib vəzifəsində çalışıb.

Şükürlü Nübar Şakir qızı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib vəzifəsinə təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Nübar Şükürlünü təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər